"Barselona"nın futbolçusu yeni uğura imza atdı

 10:16 22.04.2022     230

İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb.

Redaktor.az xəbər verir ki, 33 yaşlı hücumçu buna səfərdə "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIII tur oyununda nail olub.

Görüşdə yeganə qolun müəllifi olan təcrübəli forvard İspaniya çempionatında meydana çıxdığı 11-ci matçında 9 dəfə fərqlənib.

Qabonlu oyunçu Kataloniya təmsilçisinin sabiq futbolçuları braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən