"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu

 13:36 22.04.2022     238

Niderlandın "Ayaks" komandasının yeni baş məşqçisi bəlli olub.

Redaktor.az xəbər verir ki, Amsterdam təmsilçisi hazırda Belçika "Brügge"sinin sükanı arxasında olan Alfred Sxrederə tapşırılacaq.

50 yaşlı mütəxəssis mövsümün sonunda İngiltərə "Mançester Yunayted"inə keçəcək Erik ten Haqı əvəzləyəcək.

Qeyd edək ki, Alfred Sxreder yanvardan Belçika komandasına rəhbərlik edir.

Vumart və Güvən reklamı Vumart Güvən