Poqba “Mançester Yunayted”i tərk edəcək

 12:42 23.04.2022     217

Pol Poqba “Mançester Yunayted”i tərk edəcək.

Redaktor.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb.

O, fransalı yarımmüdafiəçinin Premyer Liqa klubundan ayrılacağını təsdiqləyib. Müqaviləsi başa çatacaq Poqba Mançester təmsilçisini azad agent statusu ilə tərk edəcək.

Növbəti mövsümdən komandanı çalışdıracaq Erik Ten Haq və klub rəhbərliyi onunla müqaviləni uzatmaq istəməyib. Bu üzdən Poqba komandasını dəyişəcək.

Qeyd edək ki, hazırda zədəli olan yarımmüdafiəçinin mövsümü başa vurduğu gözlənilir. Onun son turlarda qayıdışı ehtimalı çox aşağıdır.

Vumart və Güvən reklamı Vumart Güvən