Messi növbəti titulunu QAZANDI

 10:46 24.04.2022     652

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi növbəti titulunu qazanıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçu Paris klubunun heyətində Liqa 1-in qızıl medallarına yiyələnməklə karyerasında 11-ci çempionluğunu əldə edib.

Təcrübəli forvard buna səfərdə səfərdə "Lans"la 1:1 hesablı (PSJ-nin yeganə qolunu da 68-ci dəqiqədə Messi vurub) heç-heçə etdikləri XXXIV tur matçından sonra nail olub.

Bu, həmçinin Messinin İspaniya "Barselona"sından fərqli komandada qazandığı ilk çempionluq tituludur.

Ulduz futbolçu daha əvvəl 2004/2005, 2005/2006, 2008/2009, 2009/2010, 2010/2011, 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019 mövsümlərində La Liqanın qalibi olub.

Qeyd edək ki, bu, Lionel Messinin 39-cu tituludur.

Onu da əlavə edək ki, PSJ bununla 10-cu dəfə ölkə çempionluğunu qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən