Rus üzgüçülərin qızıl medalları ABŞ komandasına veriləcək

 17:24 24.04.2022     375

Rusiyalı üzgüçülər Artem Lobuzovun qanında qadağan olunmuş maddələrin aşkarlanması səbəbindən diskvalifikasiya edildiyinə görə, 2016-cı il dünya çempionatının qızıl medallarından məhrum olacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından (FINA) məlumat verilib.

Bildirlib ki, qızıl medallar ABŞ komandasına veriləcək.

Qeyd edək ki, Lobuzov digər üç idmançı ilə birgə 4x200 metr məsafəyə sərbəst üsulla estafetdə qalib gəlib. Bu il martın sonunda FINA-nın antidopinq komissiyası onu 4 il müddətinə diskvalifikasiya edib.

“Lobuzovla birgə bütün komanda üzvləri diskvalifikasiya edilib. Onlardan medallarını geri qaytarmaq tələb olunub. FİNA mükafatları yenidən bölüşdürəcək”, - federasiyanın açıqlamasında qeyd edilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən