"Sabah" "Şamaxı"nı darmadağın ETDİ

 20:51 24.04.2022     335

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, "Sabah" klubu "Şamaxı"nı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 11-ci dəqiqədə paytaxt təmsilçisindən Coy-Lens Mikels açıb. 25-ci dəqiqədə Zurab Oçiqava fərqi artırıb. 4 dəqiqə sonra Mikels özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 50-ci dəqiqədə Felipe Santos fərqi azaltsa da, komandası 84-cü dəqiqədə Xulio Sezar Rodrigesin, 5 dəqiqə sonra isə Aleksey İsayevin fərqlənməsinə mane ola bilməyib. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Franko Flores birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə ilə xallarını 35-ə çatdıran "Sabah" turnir cədvəlində "Qəbələ"ni qabaqlayaraq, 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" Qəbələdə eyniadlı komandanı 2:0 hesabı ilə məğlub edib. Tura hazırda davam edən "Səbail" - "Neftçi" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən