"Mançester Siti" "Real Madrid"ə qarşı - Bu axşam

 09:09 26.04.2022     316

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Redaktor.az xəbər verir ki, İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olacaq.

“Etihad" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən