Rusiyada keçiriləcək daha bir çempionat ləğv edildi

 18:48 26.04.2022     304

Beynəlxalq Buzlu Xokkey Federasiyasının (IIHF) Şurası 2023-cü ildə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Dünya Çempionatının təxirə salınması barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, turnir 5-21 may 2023-cü il tarixlərində keçirilməli idi. Təxirə salınma qərarı aprelin 26-da İsveçrənin Sürix şəhərində keçirilən IIHF Şurasının iclasında qəbul edilib.

Yeni Dünya Çempionatının ev sahibi 2022-ci il Buzda Xokkey üzrə Dünya Çempionatının son həftəsində Finlandiyanın Tampere şəhərində keçiriləcək Federasiyanın illik konqresi zamanı təsdiqlənəcək.

Vumart və Güvən reklamı Vumart Güvən