Prezident seçkilərində Mbappeyə səs VERDİLƏR

 19:46 26.04.2022     433

Fransada prezident seçkiləri zamanı PSJ klubunun futbolçusu Kilian Mbappeyə səs verilib.

Redaktor.az xəbər verir ki, 24 yaşlı hücumçu ikinci turda 10 səs toplayıb.

Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.

Fransa millisinin hücumçusu prezidentliyə namizədliyini irəli sürmədiyindən səslər nəzərə alınmayıb.

Qeyd edək ki, Emmanuel Makron ardıcıl ikinci dəfə Fransa prezidenti seçilib.