Qurban Qurbanovun oğluna Bundesliqadan TƏKLİF

 20:26 26.04.2022     558

Qarabağ” klubunun cari mövsümdəki çıxışı futbolçularına Avropada maraq oyadıb.

Redaktor.az xəbər verir ki, bir çox klub Patrik Andrade, Kadi Borges, Abdulla Zubir kimi futbolçularla yaxından maraqlanır. Ağdamlıların daha bir üzvü karyerasını Avropada davam etdirə bilər. Söhbət Musa Qurbanlıdan gedir. Hücumçu ilə Avstriya bundesliqasında çıxış edən “Volfsberq” maraqlanır. Klub mövsümün sonunda forvard üçün “Qarabağ”la danışıqlar aparmaq niyyətindədir.

Hazırda Avstriya Bundesliqasında 5-ci pillədə qərarlaşan komandanın hədəfi gələn mövsüm avrokuboklara vəsiqə qazanmaqdır. “Volfsberq” 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirak edib və mübarizəni 1/16 finalda “Tottenhem”ə məğlub olmaqla dayandırıb. 

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada 12 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə verib. 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində də 3 dəfə rəqib qapılarına yol tapıb.