"Mançester Siti" "Real Madrid"ə qalib gəldi - Çempionlar Liqası

 02:17 27.04.2022     461

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. 

Redaktor.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:3

Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 - Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, "Etihad" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.