Mahir Emreli yenidən zədələndi

 15:56 27.04.2022     92

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu yenidən zədələnib.

Redaktor.az "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.

Onun mayın 1-i "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində 2 qol vurub.