"Liverpul" İspaniya klubunu məğlub etdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Redaktor.az xəbər verir ki, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0
Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.