Avropa Liqasında yarımfinal mərhələsinə start verilir

 09:12 28.04.2022     88

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Redaktor.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

“Leyptsiq” Almaniyada Qlazqo “Reyncers”ini qəbul edəcək. “Ayntraxt” isə İngiltərədə “Vest Hem”in qonağı olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. “Leyptsiq” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, “Red Bull Arena”

23:00. “Vest Hem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, “Vest Hem” stadionu