"Neçə ildir finalda oynamırdıq" - Qurban Qurbanov

 19:47 29.04.2022     146

"Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bu turnirə fərqli yanaşdığını bildirib: "Bu, fərqli prestij deməkdir. Bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı.

Qurbanov finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəmədiyini vurğulayıb: "Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq".