Cüdo yığmamıza yeni baş məşqçi TƏYİN EDİLDİ

 21:06 29.04.2022     303

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, Ramiz Ramizzadəni Rüstəm Alimi əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".