“Qarabağ”dan daha bir rekord

 10:43 30.04.2022     294

"Qarabağ" Azərbaycan kubokunda daha bir uğura imza atıb.

Redaktor.az xəbər verir ki, yarımfinal mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.

Sonuncu dəfə 5 il öncə kubokda final oynayan “Qarabağ” bu uğurunu böyükhesablı qələbə ilə reallaşdırıb. Belə ki, komanda yarımfinalda “Qəbələ”ni 5:0 hesabı ilə məbluğ edib. Bu eyni zamanda Ağdam təmsilçisinin ölkə kubokunda ev oyunlarında keçirdiyi 20-ci böyükhesablı qalibiyyət kimi yadda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən