Cudoçumuz ikinci dəfə qızıl medal aldı - YENİLƏNİB

 18:05 30.04.2022     291

Hidayət Heydərov Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.

Rüstəm Orucov isə bürünc medal görüşünə çıxıb. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib.

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb.