"Çelsi"nin yeni sahibi bəlli oldu

 20:05 30.04.2022     451

İngiltərənin "Çelsi" klubunun yeni sahibi məlum olub.

Redaktor.az Böyük Britaniya mediasına istinadla xəbər verir ki, London təmsilçisini ABŞ-lı milyarder Todd Boeli alıb.

Biznesmenin 4 milyard funt sterlinq ödəyərək "zadəganlar"a sahibləndiyi bildirilir. Boeli həm də NBA-da çıxış edən "Los Anceles Leykers"in də hissədarlarından biridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç sanksiyalarla üzləşmiş və bu səbəbdən klubu satışa çıxarmışdı.

 

Vumart və Güvən reklamı Vumart Güvən