Ançelottinin "Real Madrid"də tarixi ÇEMPİONLUĞU

 20:12 30.04.2022     171

Real Madrid" komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub.

Redaktor.az xəbər verir ki, kral klubu yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda "Espanyol"u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

"Santyaqo Bernabeu" stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bununla xallarını 81-ə çatdıran "Real Madrid" ən yaxın izləyicisi "Sevilya"nı 17, potensial izləyicisi "Barselona"nı 18 xal geridə qoyub.

"Kral klubu"na rəhbərlik edən Karlo Ançelotti isə "Böyük beşlik" ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub.