"Trabzonspor" 38 ildən sonra Türkiyə çempionu oldu

Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.
Redaktor.az xəbər verir ki, "Trabzonspor" öz meydanında "Antalyaspor" ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana biliblər.
Turnir cədvəlində 77 xala sahib olan bordo-mavililər 38 ildən sonra çempion olublar.
Qollar: Kornelius, 3, Dorukhan, 62, Ndao, 51, Rayt 80.