Ronaldo “Real Madrid”ə QAYIDIR?

İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo "Real Madrid"ə qayıda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Nəşrin məlumatına görə, “kral” klubu Ronaldonun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.
O, bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.
Ralf Ranqnikin yetirmələri 35 turdan sonra 55 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.