UEFA-dan Rusiyaya sanksiyalar

 10:33 03.05.2022     323

UEFA Rusiya klublarını yeni mövsüm üçün avrokubok turnirlərindən kənarlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 

Bildirilib ki, Rusiya təmsilçiləri 2022/2023 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamayacaq. Bu barədə UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qərar qəbul edilib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu qərar verilib.

Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında çempionluğu rəsmiləşdirmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən