“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Redaktor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Şamaxıda şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "Qarabağ"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.