"Liverpul"un yarımmüdafiəçisi yeni rekorda imza atdı

 09:49 04.05.2022     84

İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu təkrarlayıb.

Redaktor.az xəbər verir ki, seneqallı orta sahə oyunçusu buna İspaniyada "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında qol vurmaqla nail olub.

74-cü dəqiqədə fərqlənən 30 yaşlı yarımmüdafiəçi turnirin pley-off mərhələlərindəki qollarının sayını 15-ə çatdırıb.

Qeyd edək ki, Sadio Manenin qolu komandasına qələbə qazandırıb. İlk görüşdə də rəqibini üstələyən (2:0) "Liverpul" finala yüksəlib.