"Mançester Yunayted"in iki müdafiəçisi klubla vidalaşır

 14:20 06.05.2022     86

İngiltərənin "Mançester Yunayted" klubu Erik Bayi və Fil Consla yollarını ayıracaq.

Redaktor.az xəbər verir ki, hər iki futbolçu mövsümün sonunda "qırmızı şeytanlar"ı tərk edəcək.

Müdafiəçilər artıq bu barədə komanda yoldaşlarını məlumatlandırıblar.

Qeyd edək ki, Erik Bayinin klubla müqaviləsi 2024-cü ildə, Fil Consun sözləşməsi isə 2023-cü ildə başa çatmalıdır.