“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi

 09:03 07.05.2022     311

İtaliya A seriyasının XXXVI turunun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, “Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb.

Matçda ilk hissədə qol olmayıb. İkinci hissədə isə hesabı qonaq açıblar. Dibala 48-ci dəqiqədə fərqlənib.

Bununla belə sona az qalmış “Cenoa” özündən güc taparaq vəziyyəti dəyişə bilib.

Qudmundssonun 87-ci, Krişitonun isə 90+5-ci dəqiqədə vurduğu qollar meydan sahiblərinə qələbə qazandırıb.