“Çelsi”ni o alır

Amerikalı iş adamı Todd Bouli İngiltərənin “Çelsi” klubunu almaq üçün müqavilə imzalayıb.
Bu barədə Redaktor.az “The Telegraph”a istinadən xəbər verir.
Məlumata görə, sözləşmənin məbləği 4 milyard funtdan çox deyil. Sənədin hökumətin təsdiqinə göndərildiyi bildirilir.
Qeyd edək ki, Todd Bouli “Los Angeles Dodgers” beysbol klubu və “Los Angeles Lakers” basketbol klubunda pay sahibidir.