"Mançester Siti" Pol Poqba ilə uzunmüddətli müqavilə imzalaya bilər

 11:05 07.05.2022     89

İngiltərənin "Mançester Siti" klubu "Mançester Yunayted"də çıxış edən Pol Poqba ilə maraqlanır.

Redaktor.az "The Guardian"a istinadən xəbər verir ki, "şəhərlilər" mövsümün sonunda 29 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qata bilər.

Fransalı oyunçu komandanın baş məşqçisi Xosep Qvardiola ilə işləmək istəyir. "Mançester Siti"nin Poqbaya 4+1 illik müqavilə təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, "qırmızı şeytanlar"ın heyətində cari mövsüm 20 oyuna çıxıb, 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.