Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsidən çıxarılır

 17:42 08.05.2022     331

Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) üzvlüyündən çıxarıla bilər.

Redaktor.az "Inside the Games"ə istinadən xəbər verir ki, məsələyə ilin sonunadək keçirilməsi gözlənilən IPC-nin növbədənkənar Baş Assambleyasında baxılacaq.

Dekabrda təşkil olunacağı gözlənilən iclasda iki variant təqdim ediləcək: iki ölkənin quruma üzvlüyünün müvəqqəti və ya tam dayandırılması.

Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu il Çinin paytaxtında Pekində keçirilmiş Qış Paralimpiya Oyunlarından kənarlaşdırılıb.