“Mançester Siti”dən çempionluq yolunda vacib qələbə - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, çempionluğun əsas namizədlərindən biri olan “Mançester Siti” doğma meydanda “Nyukasl”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 86-ya çatdıran “Mançester Siti” liderliyini möhkəmlədib. Hazırda Mançester təmsilçisi ən yaxın izləyicisi “Liverpul”dan 3 xal öndədir.
“Nyukasl” isə 43 xalla 13-cü pillədə qərarlaşıb.