Mahir oynamadı, komandası qalib gəldi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 34-cü tur oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, komanda turun mərkəzi görüşündə "Osiyek"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Emreli sonadək ehtiyatda qalıb. Matçdan əvvəl Xorvatiya mətbuatı onun çiynindəki ağrı səbəbindən oynamaya biləcəyini yazmışdı.
Qeyd edək ki, hazırda 73 xalı olan Zaqreb təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 69 xalla 2-ci, "Osiyek" 65 xalla 3-cüdür.