Messi Səudiyyə Ərəbistanının səfiri olacaq

 17:10 10.05.2022     189

Fransanın PSJ klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının səfiri olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin turizm naziri Əhməd Əl-Hateb "Arab news"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 35 yaşlı hücumçu ölkənin turist siması kimi təqdimatla bağlı tədbirlərdə iştirak üçün Səudiyyə Ərəbistanına gedib: "Messini burada salamlamaqdan məmnunam. Qırmızı dənizin xəzinələri ilə tanış olacağınız, Ciddə şəhərindəki turizm festivalına baş çəkəcəyiniz və qədim tariximizi öyrənəcəyiniz üçün həyəcanlanlıyıq. Bu, Lionel Messinin krallığımıza ilk səfəri deyil və sonuncu da olmayacaq".