Qurban Qurbanov "Qarabağ"la 250-ci qələbəsini qazandı

 11:22 13.05.2022     312

“Qarabağ” komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.

Redaktor.az xəbər verir ki, bu, XVI turdan təxirə salınmış “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.

Vumart və Güvən reklamı Vumart Güvən