“Qəbələ” və “Neftçi” böyük məbləğdə cərimələndi

 16:27 13.05.2022     318

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Neftçi” oyununda hər iki komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klubların hər biri 4 min manat cərimə olunub.

“Neftçi” fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub daha 1600 manat ziyana düşüb.