İngiltərə kubokunun qalibi məlum OLDU

 03:37 15.05.2022     261

Bu gün Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib. 

Redaktor.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

"Çelsi"- "Liverpul" - 0:0 (penaltilər seriyası - 5:6)

Beləliklə, Mersisayd təmsilçisi  tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb. "Liverpul" bu kuboka sonuncu dəfə 2006-cı ildə sahib çıxmışdı.