"Traktor" səfərdən 1 xalla döndü

 11:53 15.05.2022     337

İran çempionatında 27-ci turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Təbriz təmsilçisi "Traktor" da növbəti matçına çıxıb. 

Cənubi Azərbaycan komandası səfərdə "Naft"ın qonağı olub. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. 

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın rəhbərlik etdiyi "qırmızılar" 27 turdan sonra 25 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.