“Barselona”nın futbolçusu qəzada öldü

 17:56 15.05.2022     332

“Barselona”nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında dünyasını dəyişib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Argentinada qəza törədib. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində Rolonun yanında olan qardaşı da vəfat edib.

“Barselona” klubu Rolonun yaxınlarına başsağlığı verib.

Vumart və Güvən reklamı Vumart Güvən