Gürcüstanda məktəblərdə şahmat tədris OLUNACAQ

 01:33 20.05.2022     222

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq.

Redaktor.az xəbər verir ki, qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib.

“Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq”, - deyə nazirlikdən bildirilib.

İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq.

Yenilik Gürcüstanda yeni tədris ilindən qüvvəyə minəcək. Həmin vaxta qədər Təhsil Nazirliyi Milli Şahmat Federasiyası ilə birlikdə müəllimlər və təhsil resursları hazırlayacaq.