Məşhur məşqçi azarkeşi döydü - VİDEO

 11:05 20.05.2022     259

İngiltərənin “Kristal Palas” klubunun baş məşqçisi Patrik Vieria rəqib komandanın azarkeşini döyüb.

Redaktor.az xəbər verir ki, hadisə dünən komandanın “Everton”a qarşı keçirdiyi oyunda baş verib. 

Belə ki, Liverpul təmsilçisi matçda “come-back”la qalib gəlib və nəticədə Premyer Liqada qalmağı təmin edib. Buna sevinən azarkeşlər meydançaya axışıb.

Bu zaman soyunub-geyinmə otağına yollanan Vieria azarkeşlərdən birinin sevinməsinə əsəbiləşərək onu döyüb.