Poqba “Yuventus”la anlaşdı

 10:42 21.05.2022     203

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Yuventus”a keçəcək.

Redaktor.az xəbər verir ki, fransalı yarımmüdafiəçi İtaliya klubu ilə müqaviləni razılaşdırıb.

Poqba Turin təmsilçisinə azad agent kimi keçəcək. 29 yaşlı futbolçu 3 illik müqavilə bağlayacaq və ildə 7,5 milyon avro qazanacaq. Bu rəqəm bonuslarla 10 milyona çata bilər.

Qeyd edək ki, Pol 2012-16-cı illərdə də “Yuventus”da oynayıb.