Millimiz “Avro-2022”yə qələbə ilə başladı

 11:21 21.05.2022     253

İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası “Avro-2022”nin təsnifat mərhələsinə qələbə ilə başlayıb.

Redaktor.az xəbər verir ki, E qrupunda yer alan millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.

Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.

Qrupun digər matçında Niderland millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Baş məşqçi Eldar Əliyevin komandası mayın 21-də Niderland millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyulda Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.