“Mançester Siti” İngiltərə çempionu oldu - YENİLƏNDİ

 21:18 22.05.2022     662

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparıb.

Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) ilə qəbul edib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edib.

Mersisaydlılar qələbə qazansalar da (3:1) digər oyunun nəticəsinə görə çempion ola bilməyiblər.

***

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Redaktor.az xəbər verir ki, çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.