Azərbaycanın ən yaxşı futbolçusu MÜKAFATLANDIRILDI

 16:26 22.05.2022     496

İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borges müfakatlandırılıb.

Redaktor.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokundakı "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl təltif olunub.

Braziliyalı oyunçuya mükafatı gənclər və idman Naziri Fərid Qayıbov təqdim edib.

Bundan əlavə, 2020/2021 mövsümünün ən yaxşı oyunçusu seçilmiş, Türkiyənin "Bursaspor" klubunda çıxış edən Namik Ələskərovun mükafatı da təqdim olunub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 27 yaşlı yarımmüdafiəçi hazırda Bursada olduğu üçün mükafatı onun azyaşlı övladına verib.

2
Vumart və Güvən reklamı Vumart Güvən