Məşhur futbolçunu pişiyi təpiklədiyi üçün həbs gözləyir

 00:08 24.05.2022     406

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

İddiaya görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.

Vumart və Güvən reklamı Vumart Güvən