Qarabağ 7-ci dəfə Azərbaycan Kubokunu QAZANDI- YENİLƏNDİ
Azərbaycan Kubokun sahibi penaltilər seriyasında məlum olub.
Redaktor.az xəbər verir ki, zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” 7-ci dəfə bu titula yiyələnib.
***
Azərbaycan Kubokunun final matçınd əlavə vaxt da heç-heçə bitdi.
Redaktor.az xəbər verir ki, matç penaltilərə getdi.
***
Azərbaycan Kubokunun final matçında əsas vaxt başa çatıb.
Redaktor.az xəbər verir ki, 90 dəqiqə boyunca tərəflərdən heç biri üstünlük qura bilmədiyi üçün oyunda əlavə vaxt oynanılacaq.
Qalibi müəyyən etmək üçün 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.
***
Azərbaycan Kubokunun final matçında ikinci qol vurulub.
Redaktor.az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşdirib.
Abdulla Zubir 69-cu dəqiqədə gözəl qola imza atıb.
***
Qəbələdə Azərbaycan Kubokunun final matçında “Qarabağ”la “Zirə” üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi “Zirə”nin “Qarabağ” üzərində minimalhesablı üstünlüyü ilə yekunlaşıb.
Paytaxt təmsilçisi Hamidu Keytanın qolu ilə hissəni üstün bitiriblər.
İkinci hissədə hələ ki hesab dəyişməyib.












