Liverpul azarkeşləri Parisdə qarşıdurma yaratdılar

 23:39 28.05.2022     586

UEFA Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə İspaniya "Real Madrid"i arasında keçirilməli olan final oyunundan öncə qarşıdurma baş verib.

Redaktor.az xəbər verir ki, polis Fransanın paytaxtı Parisdəki "Stad de Frans"ın hüdudlarından kənarda İngiltərə komandasının azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fanatlar stadiona biletsiz daxil olmaq istəyiblər.

Qeyd edək ki, görüşü fransalı referi Kleman Türpen idarə ediir. Görüşün startı nəzərdə tutulduğundan 36 dəqiqə gec - Bakı vaxtı ilə saat 23:36-da başladı.

Vumart və Güvən reklamı Vumart Güvən