““Qızıl top”u Benzema almalıdır” - Messi

 21:01 30.05.2022     617

Lionel Messi hesab edir ki, Kərim Benzema “Qızıl top”u qazanmağa layiqdir.

Redaktor.az xəbər verir ki, bu barədə sports.ru məlumat yayıb.

“Məncə, heç bir şübhə yoxdur. Aydındır ki, Benzema möhtəşəm bir mövsüm keçirib və bütün pley-off matçlarında əsas oyunçu olaraq Çempionlar Liqasını qələbə ilə başa vurub. Düşünürəm ki, bu il onun müküfatı alacağına heç bir şübhə yoxdur”, - PSJ-nin hücumçusu deyib.

Qeyd edək ki, 2022-ci ilin “Qızıl top” mərasimi oktyabrın 17-də baş tutacaq. Namizədlər isə avqustun 12-də açıqlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən