PSJ yeni transferini açıqladı
Fransanın PSJ klubu yeni transferini açıqlayıb.
Redaktor.az xəbər verir ki, ölkə çempionu Portuqaliya "Sportinq"indən Nunu Mendeşi heyətinə qatıb.
20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nunu Mendeş bunadək icarə əsasında PSJ-də çıxış edib. O, Portuqaliya millisinin də üzvüdür.












