Pike Şakiranı komanda yoldaşının anası ilə aldadıb - FOTO
“Barselona”nın futbolçusu Jerar Pike sevgilisi, məşhur müğənni Şakiranı komanda yoldaşı Gavinin anası ilə aldadıb.
Redaktor.az xəbər verir ki, İspaniya mətbuatı Pike ilə sevgili olan gənc futoblçunun anasının fotosunu yayımlayıb.
Bildirilir ki, hətta bundan sonra Gavi “Barsa”nın təcrübəli müdafiəçisini izləmədən də çıxarıb.
Qeyd edək ki, məhz bu səbəbdən Şakira Pikedən ayrılmaq qərarına gəlib.
35 yaşlı oyunçu günahsız olduğunu desə də, müğənni ona inanmayıb. Baş verənlərdən sonra Pike Şakira ilə birgə yaşadığı evi tərk edərək Barselonadakı evinə köçüb.
Qeyd edək ki, Şakira və Pikenin 2 oğulları olsa da, onlar evlənməyiblər.













